"Səbail"dən ayrılan futbolçu Norveç klubuna keçdi FOTO

16:32 - 29 İyul 2021

"Səbail"dən ayrılan Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, qvatemalalı qapıçı I Divizion təmsilçisi "Ham-Kam" klubu ilə anlaşıb. Hagen yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yollanıb.

 

24 yaşlı futbolçu 2020/21 mövsümündə "Səbail"də forma geyinib. O, "dənizçilər"lə 26 oyuna çıxıb, qapsından 37 qol buraxıb.

 

Xəbər xətti