"Səbail" "Lokomotiv"ə uduzdu

21:03 - 29 İyul 2021

Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Səbail” bu gün qonşu ölkədə növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin komandası yerli “Lokomotiv”lə (Tiflis)  qarşılaşıb. Görüş Tiflis klubunun qələbəsi ilə başa çatıb - 2:0.

 

Qeyd edək ki, “Səbail” Gürcüstandakı ilk sınaq matçında “Şevardeni” ilə heç-heçə edib – 1:1.

Xəbər xətti