"Neftçi" - HİK matçının hakimləri açıqlandı

10:38 - 30 İyul 2021

"Neftçi" Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu oyunu idarə edəcək hakimlər müəyyənləşib.

 

Qarşılaşmanışotlandiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Uilyam Kollum olacaq. Ona yan xətt hakimiləri  Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.


Qeyd edək ki, "Neftçi" - HİK oyunu avqustun 3-ü saat 21:00-da "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti