"Neftçi"nin açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı

15:10 - 30 İyul 2021

UEFA Avropa Liqasının III təsnifat mərhələsində avqustun 3-ü saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – HİK oyunundan əvvəl "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

 

Sportal.az xəbər verir ki, tədbir avqustun 2-si saat 18:00-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

“Bakcell Arena”da həmin gün saat 20:30-da rəqib komandanın mətbuat konfransı, 21:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

 

Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Xəbər xətti