"Neftçi"nin cavab oyunu məşhur hakimə tapşırıldı

13:59 - 30 İyul 2021

“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

 

HİK – “Neftçi” matçı avqustun 12-də Finlandiyada keçiriləcək. Komandalar arasındakı ilk oyun avqustun 3-də, Bakıda olacaq.

Xəbər xətti