Braziliyalı futbolçu "Beşiktaş" üçün İstanbula gəlir

16:50 - 31 İyul 2021

Türkiyə çempionu "Beşiktaş" ilə razılığa gələn Aleş Teyşera İstanbula gələcək.

 

Sportal.az xəbər verir ki, Çinin "Jianqsu Sanin" klubundan ayrılan 31 yaşlı hücumameyilli yarımmdüfiəçi növbəti həftə tibbi müayinədən keçəcək. Təcrübəli oyunçu ilə 3 illik razılıq əldə edilib.

 

Onun illik maaşı bonuslarla birgə 3 milyon avro olacaq. Braziliyalı futbolçunun transferi tezliklə açıqlanacaq. 

 

Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.

Xəbər xətti