Advokat millini çalışdıracaq

23:09 - 31 İyul 2021

Niderlandlı baş məşqçi Dik Advokatın yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 73 yaşlı mütəxəssis İraq millisinin baş məşqçisi təyin olunub. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Advokatın son klubu "Feyenoord" olub. O, bu ilin mayında karyerasını bitirdiyini açıqlamışdı.

Xəbər xətti