"Fənərbaxça" "Liverpul"un keçmiş futbolçusu ilə danışıqlara başladı

16:10 - 1 Avqust 2021

"Fənərbaxça" "Kristal Pelas"dan ayrılan Natanial Klaynı heyətinə qatmaq istəyir.

 

Sportal.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi azad agent statusu daşıyan futbolçu ilə danışıqlara başlayıb. Məlumatda "Fənərbaxça"nın təklifinin detalları yazılmayıb.

 

İngiltərə millisinin üzvü olmuş 30 yaşlı sağ cinah müdafiəçisi "Sauthempton", "Liverpul" və "Bornmut"da da çıxış edib.

Xəbər xətti