Emin Mahmudov: "Qələbə üçün hər şeyi edəcəyik"

19:00 - 2 Avqust 2021

Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan öncə təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın kapitanı Emin Mahmudov sabahkı matç barədə fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, qələbə üçün hər şeyi edəcəklərini söylədi:

 

"Baş məşqçimiz rəqib barədə kifayət qədər məlumat verb. Fiziki cəhətdən bizdən daha yaxşı ola bilərlər. Çünki onlarda çempionat davam edir. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını maksimum yrinə yetirək. Qələbə üçün hər şeyi edəcəyik".

Xəbər xətti