"İnter" "Çelsi"nin fantastik təklifini rədd etdi

16:09 - 3 Avqust 2021

"Çelsi" Romelu Lukakunu heyətinə cəlb etmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, "zadəganlar" "İnter"də çıxış edən keçmiş futbolçusunu yenidən transfer etmək istəyir.

 

"Sky Italia"nın yaydığı məlumata görə londonlular 28 yaşlı hücumçu üçün İtaliya klubuna 85 milyon avro və müdafiəçi Markos Alonsonu təklif edib. Lakin "İnter" "Çelsi"nin bu təklifini qəbul etməyib. 

 

Qeyd edək ki, Lukaku ötən mövsüm "İnter"in heyətində İtaliya A Seriyasında 24 qol vurmaqla komandasının çempionluğunda böyük pay sahibi olub.

Xəbər xətti