"Qalatasaray" "Tottenhem"in müdafiəçisini istəyir

15:10 - 3 Avqust 2021

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Tottenhem"in müdafiəçisi Cafet Tanqanqaya təklif göndərib. "Cim bom" Fatih Terimin istədiyi 24 yaşlı mərkəz müdafiəçisi ilə şəxsi razılıq əldə edib. "Tottenhem" klubu ilə danışıqlar davam edir.

 

"Qalatasaray" gənc futbolçunu satın almaq maddəsi ilə 1 illik icarəyə götürmək istəyir.

 

Qeyd edək ki, Tanqanqa "Tottenhem"in yetirməsidi. O, London təmsilçisinin əsas komandasında 21 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti