"Real" gənc futbolçu üçün 50 milyon avro tələb edir

14:07 - 3 Avqust 2021

"Real" futbolçusu Martin Edeqoru satmağa hazırdı.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi norveçli yarımmüdafiəçi üçün 50 milyon avro ödəniləcəyi təqdirdə, onunla yolları ayıracaq. Futbolçunun özünün də "Real"da qalmaqla bağlı əmin olmadığına dair xəbərlər var.

 

22 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Arsenal"da keçirib.

Xəbər xətti