Merih Demiral "Yuventus"u bu kluba dəyişdi RƏSMİ

18:47 - 6 Avqust 2021

Türkiyə millisinin üzvü Merih Demiral İtaliyada klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Yuventus"da çıxş edən müdafiəçi digər A seriyası klubu olan "Atalanta"ya keçib. O, növbəti mövsümü icarə əsasında Berqamo təmsilçisində keçirəcək. "Atalanta" 30 milyon avro ödəməklə 23 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer etmək hüququna da malikdi.

 

Qeyd edək ki, Merih Demiral "Fənərbaxça"nın yetirməsidi. O, "Sportinq", "Ayanyaspor" və "Sassuolo"da da çıxış edib. Gənc futbolçu Türkiyə millisinin heyətində 24 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti