"Tottenhem"dən 55 milyon avroluq transfer

23:20 - 6 Avqust 2021

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Atalanta"nın müdafiəçisi Kristian Romeronu rənglərinə bağlayıb. Argentinalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Tottenhem" 23 yaşlı müdafiəçi üçün İtaliya təmsilçisinə 55 milyon avro ödəyib.

 

Qeyd edək ki, Kristian Romero son mövsümdə "Atalanta" forması ilə meydana çıxdığı 42 oyunda 3 qol beş asistlə yadda qalıb.

Xəbər xətti