"Neftçi"nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirməyə yaxındı.
Sportal.az xəbər verir ki, 26 yaşlı vingerlə "Bursaspor" klubu yaxından maraqlanır. Türkiyə mediasının yazdığına görə, I Liqa təmsilçisi milli komandamızın üzvünə 3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına kimidi.
saytlarin hazirlanmasi