İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi “Leypsiq”in yarımmüdafiəçisi Lazar Samardjiçi transfer edib. 19 yaşlı almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Samardjiç Almaniyanın “Herta” klubunun yetirməsidir. O, “Leypsiq”ə 2020-ci ilin sentyabrında transfer edilmişdi.
saytlarin hazirlanmasi
