"Zenit"dən 15 milyonluq transfer

00:00 - 8 Avqust 2021

Rusiyanın "Zenit" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Braziliyanın "Braqantino" klubundan Klaudinyonu transfer edib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

"Zenit" bu keçid üçün 15 milyon avro təzminat ödəyib.

Xəbər xətti