"Trabzonspor" hücumçusunu İtaliya klubuna satdı

00:18 - 8 Avqust 2021

"Trabzonspor"un hücumçusu Çaleb Ekuban karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu "Cenoa"ya keçib. Genuya təmsilçisi bu keçid üçün "bordo-mavililər"ə 2,1 milyon avro təzminat ödəyib.

 

"Trabzonspor" 27 yaşlı hücumçunu 2019-cu ildə "Lids"dən 1 milyon avroya transfer etmişdi.

Xəbər xətti