“Roma” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Palmeyras"ın müdafiəçisi Matias Vinyanı transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Canavarlar" Uruqvay millisinin üzvünün keçidi üçün Braziliya klubuna 13 milyon avro təzminat ödəyib.