"Kəpəz" Gəncədə yoxlama oyunu keçirəcək

10:44 - 10 Avqust 2021

“Kəpəz”in yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşü üçün ilk rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübarizlər” komandası ilə qarşılaşacaq. Bu komanda qarşıdakı mövsümdə Region Liqasında çıxış etməyi hədəfləyib.

 

“Kəpəz” – “Mübarizlər” matçı avqustun 11-də, Gəncədə keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Xəbər xətti