Yenə qonaqlar – ilk qol müəllifi

19:56 - 14 Avqust 2021

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk qolu vuruldu.

 

Sportal.az xəbər verir ki, bu top I turun bu gün keçirilən ilk oyununa təsadüf etdi. Mövsümün “Bank Respublika Arena”da keçirilən açılış oyununda “Səbail”in futbolçusu Yurgen Qoca əlamətdar topun müəllifi kimi tarixə düşdü.

 

O, “Sabah” – “Səbail” görüşünün 30-cu dəqiqəsində fərqləndi.  Bununla da ardıcıl 6-cı mövsümdə ilk qolu qonaq komanda vurub. Albaniyalı müdafiəçi son 6 ildə ilk qol müəllifi olan birinci əcnəbidir. Bunadək son 5 mövsümdə yerli oyunçular ilk qolu vurublar.

Xəbər xətti