Aftandil Hacıyev: "Rəhbərlik qələbəni dəyərləndirəcəyinə söz verdi"

20:31 - 14 Avqust 2021

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Sabah”  - “Səbail” oyunundan sonra rəqib komandanın baş məşqçisi Aftandil Hacıyev oyun sonrası təşkil edilən mətbuat konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, Hacıyev matçla bağlı bunları deyib:

- Futbol həyəcanı başladı. İlk oyunlar həyəcanlı və dinamik keçir. Bu gün çox maraqlı oyun alındı. Bilirdik ki, “Sabah” yeni komandadı, səfər oyunu ağır olacaq. Heyətimizə bu həftə yeni oyunçular cəlb olunub, komplektləşmə hələ tam bitməyib. Bunların fonunda xarakter göstərməyə ehtiyac var idi ki, bunu da futbolçular bacardı. Onları təbrik edirəm. Hamısı tapşırıqları düzgün yerinə yetiməyə çalışdı. Hər oyun gərgin keçəcək. Növbəti oyunumuz da səfərdə “Qarabağ”a qarşıdı. "Sabah” qələbəsini unudub növbəti oyuna köklənmək lazımdı.

- Klub rəhbərliyi şifahi təbrik edəcək, yoxa pul mükafatı olacaq?
- Söz verilib ki, bu il hər şey daha stabil olacaq. Məbləğlər digər komandalardakı kimi olmasa da, mükafat olacaq. Paltardəyişmə otağında da rəhbərlik bu qələbəni dəyərləndirəcəyinə söz verdi. 

Xəbər xətti