"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 1-ci turunda "Qəbələ" ilə qarşılaşdıqları oyundan (2:2) sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis junalistlərin suallarını cavablandırıb:
- Özümüz bundan artığını gözləmirdik. Yorğun idik, ard-arda matçlar oynayırdıq. Bizim üçün məqsəd udmaqdır. Arzumuz deyim, nə deyim...Heç kim zədələnməsin ki, 4 gün sonra “Neftçi”ni təmsil edəcək vacib oyuna çıxacağıq. Uşaqlar udmaq üçün hər şeyi etdilər. Udmadıqsa, demək nəsə çatmadı. Əzmkarlıq istək var idi. Bəzi oyunçulara həddən artıq yük düşür. Bunun qarşısını ala bilmirik. Get-gedə axırı necə olacaq, bu suala da cavabım yoxdu. Nikbinliyimizi də itirmişik, yaranmış vəziyyətlə bağlı. Ümid edirik ki, ən azından “Makkabi”yə qarşı yaxşı oynayıb, çempionata keçərik, milliyə görə vaxtımız var. İki həftəlik fasilə olacaq, bizim üçün xeyirli olar. Bugünkü oyuna gəldikdə, uşaqlar əllərindən gələni etdi.
- Müdafiə “Makkabi” ilə oyunda da böyükhesablı məğlubiyyətə səbəb ola bilər?
- Allahdan başqa heç kim bilə bilməz “Makkabi” ilə oyun necə olacaq. Bu gün bəzi oyunçuların elədiyi səhvər, zəncirvari idi. Yorğunluq var, həmin oyunçular öz mövqeyində oynamırlar, tez-tez rotasiyalar edirik. Mövqelərdə edirik. Səhvlər də belə olur, 5-6 oyun oynamışıq, hazırlığımız da o səviyyədə deyil. Makkabi” ilə oyunda bu səhvlər olsa... "Makkabi" "Qəbələ" və HİK də deyil. "Olimpiakos"la eyni tərəziyə qoyulası komandadı. Çox oyunlarına baxmışam. Bu səhvlər olmalı deyil ki, siz deyən nəticə olmasın. Çalışacağıq ki, bu səhvlər olmasın. Başa düşürsüz vəziyyət necədi. Eyni adamla daima müdafiə olunursansa, səhv də edəcəksən, yorulacaqsansa da. Bunu aradan qaldırmağa gücümüz çatmır.
- Harramiz istəniləni verə bilir?
- Gələndən neçə dəfə mövqeyini dəyişmişik. Harramiz bəlkə özünü göstərə bilməsin, uğursuz transfer sayılsın, zaman göstərsin. Amma elə böyük futbolçular görümüşk ki.. Hətta Azərbaycana gələnlər də olub ki, neçə ay sonra açılışıblar. Bir aydı komandaya qoşulub. Yeni gələn oyunçunun bu qədər mövqeyini dəyişirisən, tapşırıq verisən, çətindi. Biz tərəfdən onu qınaq obyektinə çevirilməsini düzgnü hesab etmirəm. Harramizi də düz başa düşün, onu "Barselona"dan gətirməmişik. İnanırıq ki adaptasiya dövrünü tez keçəcək.
- O hansı mövqedə daha effetkli olar?
- Yusuf Laval sol cinahda hücumameyilli oynayıb. Bizim sistem də elədir ki, sırf onu ora qoyuruq, amma ondan hücumda daha çox qatqı verməsini istəyirik. Harramiz də bunu edə bilər. Ən çox cinahlarda oynayıb, sağda. Harramizi gətirməmişik ki, çıxıb dağıtsın. Harramizdən çox şey istəyirik. Mən onu anlayıram.
- “Olimpiakos”, HİK, bu gün də “Qəbələ” ilə oyun. Kimi qınayaq?
- Heyətimizdə olan oyunçu sayı məlumdu. Bu uşaqları buraxırıq, əllərindən gələni edirlər. Bəzən gücə-güc qatmalıyıq, axsayırıq. HİK və “Qəbələ” ilə oyunlarda axsadıq. Emin yorğun olsa da, oynamalıdı. Fikirləşdik ki, Emin bir hissə, Sabir bir hissə oynasın. Əfsuslar olsun ki, hərarəti var idi. Onu da edə bilmədik. Bu problemlər çempionatın startında olur, ümidlərlə avrokuboklara gedirsən, edə bilərsən....Səbəblər məlumdu, məndən yaxşı bilirsiz. Əlimizdə olan hər şeyi edəcəyik. Maksimum nə olacaq, azarkeşi razı salacaq, bilmirəm. Üzüldüyümüz məqam da odu ki, HİK-dən sonra bəzi oyunçuların üzərinə düşdülər. Niyə oynayır filan kmi? Samir müəllim bunu niyə oynadır, filan. Bu komandaya qaşrı və bizə qarşı bu dönəmdə haqsızlıq idi. Vicdanla qiymət verə insanlar başa düşürsüz ki, hər şeyi etməyə çalışırıq.
- Namiq Ələsgərovun gedişi haqda nə deyəcəksiz?
- Əsas heyət oyunçusunu bu durumda getməsi... Haqlıdı, haqsızdı.. Namiqin gedişi bizə nə qədər zərbə oldu... Əsas heyətin hücumçusu idi. Onun gedişi bu dönəmdə böyük zərbə idi. “Neftçi” heç kimi itirmir, istər Namiq Ələsgərov, istər Samir Abasov. Buradan gedən “Nefçti”ni itirir.
- Namiq getməmişdən əvvəl sizinlə danışmışdı?
- Aylarla davam edən proses idi. Heç kimi inandıra bilməz ki, 1 günə oldu. Bu proseslərdə əli olanlar da oldu. Xeyir qazanmaq deyim, nə deym. Oyunçu bilər, günaha bata bilmərəm. O qərar verdi ki, çıxsın getsin. Helsinkiyə gediridk, qərar belədi. Dedik qərar verdinsə get. Bu gün “Neftçi” hansısa oyunçusunu itirməkdən dərd etməli deyil, o günə qalmalı deyil. Bu gün buradan gedən “Neftçi”ni itirdi deyə dərd etməlidi. Ata-babadan qalan komandadı. Başımızı tutmalı deyilik.
- Yeni transfer gəlir?
- Elə bir şey deməyiblər. Kiminsə gəlməyini gözləmirəm. Oyuna hazırlaşa-hazırlaşa neçə oyunçuya baxırdıq. Harda qırılır, necə qırılır bilmirəm. Bu günə gələn 1 oyunçumuz da yoxdu. Çox oyunçuya ehtiyacımız var, 4-5 futbolçuya.
saytlarin hazirlanmasi