"Neftçi"nin futbolçusu Mərakeş millisinə çağırıldı

19:43 - 16 Avqust 2021

“Neftçi”nin futbolçusu Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yığmanın DÇ-2022-nin seçmə mərhələ matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək.

 

O, komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.

 

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Sabir Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.

Xəbər xətti