"Qalatasaray"ın futbolçuları oyun zamanı əlbəyaxa oldular - VİDEO

12:12 - 17 Avqust 2021

Türkiyə Super Liqasının 1-ci turunda keçirilmiş “Giresunspor” – “Qalatasaray” matçında (0:2) qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçın ikinci hissəsində “Qalatasaray”ın futbolçuları – Markao və Kərəm Aktürkoğlu dalaşıblar.

 

Braziliyalı müdafiəçi əvvəlcə Kərəmə kəllə atıb və sonra iki yumruq zərbəsi endirib. Hakim Markaoya qırmızı vərəqə göstərib.

 

 

 

Xəbər xətti