"Fənərbaxça"nın yeni hücumçu hədəfi

19:19 - 17 Avqust 2021

"Fənərbaxça"nın növbəti transfer hədəfi məlum olub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin "Beytsin Qoan" klubundan ayrılmaq istəyən Sedrik Bakambunu heyətinə qatmaq istəyir. 6 aylıq müqaviləsi qalan konqolu futbolçu maliyyə problemlərinə görə Çin klubunu tərk etmək istəyir.


"Sarı-lacıvərdlilər" 30 yaşlı futbolçunu azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bunun üçün Bakambu müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verməlidir. Hazırda futbolçu klubla danışıqlar aparır və sözləşməsini ləğv etməyə çalışır.

 

Konqo millisinin keçmiş üzvü Türkiyədə daha əvvəl "Bursaspor"da çıxış edib.

Xəbər xətti