Kamran Quliyev Namiqin "Bursaspor"a keçməsindən danışdı: “Bunu qəbul edə bilmirəm”

16:29 - 18 Avqust 2021

“Neftçi”nin prezidenti Kamran Quliyev klubun televiziyasına açıqlamasında Türkiyənin “Bursaspor” klubuna keçən Namiq Ələsgərovla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, o, futbolçunun ayrılığını qəbul edə bilmədiyini bildirib:

 

“Namiqi 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələsgərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt “Bakı”nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik.

 

Namiq uşaq deyil, övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən “Neftçi”yə yeni gələndə Namiqin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməsinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Ələsgərova hər zaman dəstək olmuşuq. Ötən mövsüm karyerasının zirvəsi idi.

 

Klub prezidenti kimi bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə heç bir təklif gəlməyib. Bu, tamamilə yanlış informasiyadır”.

Xəbər xətti