"Fənərbaxça" "Arsenal"ın futbolçusunun gəlişi üçün gün sayır

13:31 - 22 Avqust 2021

"Fənərbaxça" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinatsı transferini bitirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı futbolçu ilə 3 illik razılıq əldə edib. 28 yaşlı futbolçu illik 1,8 milyon avro maaş alacaq. O, performansına və komandanın uğurlarına görə əlavə 700 min avro qazana bilər.

 

Bosniya və Herseqovina yığmasının üzvü "Arsenal"la müqaviləsinin ləğv etmək üzrədir. O, tezliklə Türkiyəyə gələcək və İstanbul klubu ilə müqaviləsini rəsmiləşdirəcək.

 

Kolaşinats ötən mövsümün ikinci yarısını icarə əsasında "Şalke"də keçirib.

Xəbər xətti