Seneqallı futbolçu "Fənərbaxça"nı "Kayserispor"a dəyişdi

14:27 - 22 Avqust 2021

"Fənərbaxça" vingeri Mame Baba Tiam ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Seneqal millisinin üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirəcək. Klub prezidenti Berna Gözbaşı bu keçidi sosial şəbəkə hesabında bəyan edib.

 

28 yaşlı futbolçu 2020-ci ildə "Kasımpaşa"dan "Fənərbaxça"ya keçmişdi.

Xəbər xətti