Əmrə Mor Türkiyəyə qayıdır

15:50 - 22 Avqust 2021

İspaniyanın "Selta" klubunda əsas heyətə həsrət qalan Əmrə Mor Türkiyəyə qayıdır.

 

Sportal.az xəbər verir ki, intizamsız futbolçu kimi ad çıxaran türkiyəli futbolçu "Fatih Karagümrük" ilə anlaşıb. 

 

24 yaşlı türkiyəli vinger "Selta" tarixinin ən bahalı transferidir. Viqo klubu onu "Borussiya"dan 13 milyon avroya transfer etmişdi.

 

Əmrə Mor daha öncə Türkiyədə "Qalatasaray"da çıxış etmişdi.

Xəbər xətti