Bupendzanın Qətər klubuna keçidi tamamlandı

22:46 - 23 Avqust 2021

"Hatyaspor"un hücumçusu Aron Bupendzanın Qətərin "Əl-Ərəbi" klubuna transferi həll olub.

 

Sportal.az xəbər verir ki, qabonlu forvard müqavilə imzalamaq üçün Qətərə yollanıb. 25 yaşlı hücumçu yeni klubu ilə 3 illik razılığa gəlib.

 

Türkiyə klubu bu keçid üçün 5 milyon avro təzminat alıb. Qabon millisinin üzvü illik 2 milyon avro maaş alacaq.

 

Bupendza ötən mövsüm 20 qolla Super Liqanın bombardiri olmuşdu.

Xəbər xətti