Namik Ələskərovun yeni baş məşqçisi açıqlandı

13:10 - 24 Avqust 2021

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, I liqa təmsilçisi bu posta Fatih Təkkəni gətirib. 43 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bu bərədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, Fatih Təkkə bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Əri əvəz edib.

 

Qeyd edək ki, milli komandamızın üzvü Namiq Ələskərov "Bursaspor"da çıxış edir.

Xəbər xətti