"Fənərbaxça" "Arsenal"ın futbolçusunu transfer etdi

14:55 - 25 Avqust 2021

"Fənərbaxça" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinatsın transferini həll edib.

 

Sportal.az xəbər verir ki, bosniyalı cinah müdafiəçisi transfer hüququnu London təmsilçisindən almağı bacarıb. İstanbul təmsilçisi 3 illik razılıq əldə edən 28 yaşlı futbolçu tezliklə Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək.

 

O, illik 1,8 milyon avro maaş alacaq. Kolaşinats performansına və komandanın uğurlarına görə əlavə 700 min avro qazana bilər.

 

Bosniya və Herseqovina yığmasının üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Şalke"də keçirib.

Xəbər xətti