Radamel Falkao "Qalatasaray"dan ayrılır - yeni klubu müəyyənləşdi

17:51 - 25 Avqust 2021

"Qalatasaray" illik bonuslarla birlikdə 9,5 milyon avro maaş alan Radamel Falkao ilə yollarını ayırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Amerikada davam etdirəcək. Kolumbiyalı futbolçu Devid Bekhemin sahibi olduğu "Mayami İnter"lə anlaşıb. Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir.

 

Falkao "Qalatasaray"da keçirdiyi 43 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə edib. O, 2019-cu ildə "Monako"dan İstanbul klubuna keçmişdi.

Xəbər xətti