"Neftçi"də daha bir ayrılıq yaşana bilər.
Sportal.az saytına daxil olan məlumata görə, bu dəfə "ağ-qaralar"ın aparıcı futbolçusu Yusuf Laval Avropa klublarının diqqətini çəkib.
Yarımmüdafiəçinin xidmətində "Makkabi"(Hayfa) klubu maraqlıdı. Bakıda "Makkabi" önündə baxımlı oyun sərgiləyən Laval İsrail klubunun çalışdırıcısı Barak Baxarın da diqqətini cəlb edə bilib. "Neftçi"nin Lavalı buraxıb-buraxmayacağı isə hələ ki dəqiq deyil.
"Neftçi" Namik Ələsgərovdən sonra Lavalı əldən buraxmaq niyyətində deyil. "Olimpiakos" isə Mamadu Kane üçün "ağ-qaralar"la danışıqlara başlayıb və əgər tərəflər razı qalarsa, qvineyalı futbolçu Yunanıstan nəhənginə satılacaq.
Lavalın xidmətində hələ yayda Türkiyə klubları maraqlı olsa da, o, "Neftçi"də qalmağa üstünlük vermişdi.