“Neftçi”nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Afinaya yola düşüb.
Pirey təmsilçisinin qvineyalı oyunçu ilə 4 illik müqavilə imzalayacağı bildirilib. “Olimpiakos” Kaneyə görə “Neftçi”yə 300 min avro ödəyəci vurğulanıb.
Kane 2019-cu ilin yanvarından Bakı klubunda oynayır.
saytlarin hazirlanmasi