"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".
Sportal.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.
29 yaşlı yarımmüdafiəçi ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb: "Yenidən daha güclü, dahauğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq!"
Konfrans Liqasının pley-offunda "Makkabi"yə uduzan (0:4) "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi