Vüsal İsgəndərli üçün "Qalatasaray"dan rəqib gəldi

12:56 - 28 Avqust 2021

Azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörəngücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, 1-ci liqa təmsilçisi “Qalatasaray”dan Ali Yavuz Kolu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu 2021/2022 mövsümünü Ankara təmsilçisində keçirəcək.

 

Qeyd edək ki, “Keçiörəngücü” 1-ci liqada 2 turdan sonra 12-ci sıradadır.

Xəbər xətti