"Fənərbaxça" yaponiyalı futbolçu transfer etdi

16:27 - 29 Avqust 2021

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Portuqaliyanın "Santa Klara" klubundan Hidemasa Moritanı transfer edib. Yaponiyalı futbolçu tibbi müayinədən keçmək üçün avqustun 30-da İstanbula gələcək.

 

26 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yanvarından "Santa Klara"da çıxış edirdi.

Xəbər xətti