Türkiyə klubu baş məşqçini istefaya göndərdi

15:24 - 29 Avqust 2021

"Adana Dəmirspor" baş məşqşisi Samet Aybaba ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi 66 yaşlı mütəxəssislə görüş zamanı yolları ayırmağa qərar verib. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Aybaba 2021-ci ilin fevralından Super Liqa klubunu çalışıdırdı.

Xəbər xətti