Aybabanı Montella əvəzləyir

21:21 - 29 Avqust 2021

Samet Aybaba ilə yollarını ayıran Türkiyənin "Adana Dəmirspor" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı mütəxəssis Vinçenzo Montella ilə ilkin razılıq əldə edib. 47 yaşlı mütəxəssis tezliklə Türkiyəyə gələcək.

 

Montella son olaraq 2019-cu ildə "Fiorentina"nı çalışdırıb. O, "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya" klublarının da baş məşqçisi olub.

Xəbər xətti