"Beşiktaş"ın hücumçusu zədələndi

15:15 - 30 Avqust 2021

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Aleks Teyşeyra zədələnib. 31 yaşlı braziliyalı oyunçu Super Liqanın 3-cü turunda "Fatih Karagümrük"lə oyunda xəsarət alıb. Ayaq əzələsindən zədələnən futbolçunun müalicəsinə başlanılıb.

 

Qeyd edək ki, Aleks Teyşeyra "Beşiktaş"ın "Fatih Karagümrük"ü 1:0 hesabı ilə məğlub etdiyi görüşdə komandasının yeganə qolunun müəllifi olub.

Xəbər xətti