Türkiyə klubu italiyalı məşqçiyə tapşırıldı

20:08 - 1 Sentyabr 2021

Türkiyənin "Adana Dəmirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı Vinçense Montello ilə razılıq əldə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

 

Montello bu postda bir neçə gün əvvəl istefaya göndərilən Samet Aybabanı əvəzləyib.

 

Qeyd edək ki, 47 yaşlı mütəxəssis daha əvvəl "Roma", "Milan", "Sevilya" kimi klubları çalışdırıb. Onun son iş yeri "Fiorentina" olub.

Xəbər xətti