"Neftçi" braziliyalı hücumçu transfer etdi - VİDEO

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı hücumçu Ramon Maçadonu transfer edib. Paytaxt təmsilçisi transferi sosial şəbəkə hesablarında paylaşdığı video ilə açıqlayıb.

 

Maçado "Neftçi"də 91 nömrəli formanı geyinəcək. Müqavilənin detalları açıqlanmayıb.

 

Ramon Maçadonun son klubu “Brazil de Pelotas” klubu olub. O, karyerası ərzində “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da çıxış edib.

 

Tarix: 1 Sentyabr [20:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio