"Fənərbaxça" argentinalını göndərdi

15:51 - 2 Sentyabr 2021

"Fənərbağça" futbolçusu Dieqo Perotti ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, Argentinalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Perotti 2020-ci ildən İstanbul təmsilçisində oynayırdı. 33 yaşlı yarımmüdafiəçi "sarı-lacivərlilr"in heyətində 4 oyunda meydana çıxıb və 3 qol vurub.

Xəbər xətti