Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb. 

 

Sportal.az xəbər verir ki, o, buna milli komandalar tarixində ən çox qol vurmaqla nail olub. DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə matçda dubl edən Ronaldo yığmalar tarixində qol sayını 111-ə çatdırıb. 

 

Bununla da Kriştianu İran millisinin Azərbaycan əsilli üzvü Əli Daeinin 109 qollun rekordunu geridə qoyub.

 

“Ginnesin Rekordlar Kitabı”na düşən portuqaliyalı ulduza bu gün sertifikat təqdim edilib.