"Neftçi" braziliyalı hücumçu gətirir

14:38 - 6 Sentyabr 2021

Hücum xəttini gücləndirmək istəyən “Neftçi” axtarışlarını davam etdirir.

Sportal.az saytının məlumatına görə, “Neftçi” Xorxe Korrea ilə yanaşı Tyaqo Bezerra adlı forvardla da güclənə bilər.

Belə ki, son ölkə çempionu, “Adanaspor”un sabiq hücumçusu Bezerra ilə danışıq aparır.

Son olaraq Qətərdə “Əl-Salliya” forması geyinmiş 34 yaşlı hücumçu əvvəllər “Altay”, “Karşıyaka” “Adana Dəmirspor”, “Paxtakor” klublarında çıxış edib. 

Xəbər xətti