"Başakşəhər" axtardığı hücumçunu tapdı: Okaka

23:00 - 6 Sentyabr 2021

Türkiyənin "Başakşəhər" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Udineze"nin hücumçusu Stefano Okakanı transfer edib. 32 yaşlı futbolçu ilə 2+1 illik razılıq əldə edilib.

 

İtaliya millisində 5 oyun keçirmiş Nigeriya əsilli forvard 2019-cu ildə "Uotford"dan "Udineze"yə 5 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti