Şenol Günəş: "Milliyə yalvara-yalvara gəlməmişəm, mənə yalvarıblar"

15:40 - 8 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzan Türkiyə millisinin baş məşqçisi Şənol Günəş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, bunları deyib:

 

"Son zamanlar maaşım müzakirələrə səbəb olub. Meydana çıxanda istefa şüarları səslənərsə, tez-tez nə vaxt gedəcəyimi soruşarlarsa, bunun futbolumuza faydası dəyməyəcək. Bütün bunlar mart ayından başladı. Türkiyədə bir adətdir. Yerimə başqası da gəlsə, yenə belə edəcəksiniz. Bizdə alanda yalvarırsan, alandan sonra isə söyürsən. Meydandakı futbolçularda məsuliyyət yoxdur və bunu hiss edirəm. İki oyunda qalib gəldik, birində uduzduq və pis olduq. Bir mövsümə yaxındır maaşım müzakirə edilir. Buna görə xoşbəxt deyiləm, narahatam. Niyə belə edildiyini anlamıram. Mirça Luçesku gedəndə gəlməyim üçün mənə yalvaranlar 6 ay sonra məni günahkar hesab edirlər. İstəmirəm ki, məndən sonrakı baş məşqçi bunları yaşasın. Mən yalvara-yalvara gəlməmişəm, mənə yalvardılar. Kiminsə yeri əbədi deyil".

Xəbər xətti