"Qalatasaray" yeni transferini açıqladı

00:21 - 9 Sentyabr 2021

Türkiyənin "Qalatasaray" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Famalikao" klubunun yarımmüdafiəçisi Qustavo Assunsaonu satın alma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.

 

21 yaşlı braziliyalı Madrid "Atletiko"sunun yetirməsidir. O, 2019-cu ilin yayında "Farmalikao"ya transfer olub.

Xəbər xətti